IKT

12 Aprel

Saatlıda 2481 hektar sahədə yazlıq əkin aparılıb

Saatlıda cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayonun statistika idarəsindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 2 min 481 hektar sahədə yazlıq əkin aparıblar. Əkin aparılmış sahələrin 1497 hektarını təzə yonca, 331,5 hektarını kartof, 113,5 hektarını tərəvəz, 508 hektarını bostan bitkiləri, 5 hektarını şəkər çuğunduru, 14 hektarını günəbaxan, 12 hektarını isə qarğıdalı və digər bitkilər təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 13 min 644 hektar sahədə pambıq əkilməsi üçün şum aparılıb, arata qoyulub. Hazırda “ağ qızıl” ustaları sahələri malalayaraq səpinə hazırlayırlar.

Yaxın günlərdə rayonda çiyid səpininə start veriləcək.