IKT

12 Aprel

Ağdamda indiyədək 2391 hektar sahədə yazlıq səpin həyata keçirilib

Ağdam rayonunda yaz tarla işləri davam edir. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən bildirilib ki, aprel ayının 1-dək 2391 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 294 hektarı kartof, 1625 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 472 hektarı yoncadır.

Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Fermerlər yaxın günlərdə pambıq səpininə də başlayacaqlar.