IKT

12 Aprel

Qaxda indiyədək 1374 hektarda yazlıq bitkilər əkilib

Qax rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Qısa müddətdə 1374 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, məhsul istehsalçıları indiyədək 252 hektar sahədə kartof, 223 hektarda vələmir, 155 hektarda tərəvəz və 50 hektarda dən üçün qarğıdalı əkib, 694 hektar sahəyə yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. İstixana şəraitində yetişdirilmiş tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanacaq.