IKT

09 Aprel

İctimai birliklər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Aprelin 7-də “Aqrar İnkişaf Könüllülüləri” Təşkilatı İctimai Birliyi ilə “Elektron Sosial Aktivlik Sistemi Könüllüləri” (eSAS) İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, memorandum ictimai birliklər arasında birgə layihə və proqramların həyata keçirilməsini, iş təcrübəsinin öyrənilməsi məqsədilə könüllülərin cəlb olunmasını, könüllülük fəaliyyəti üzrə konfrans, seminar və ekspert məsləhətləşmələrinin təşkilini və keçirilməsini nəzərdə tutur.

Aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyətinin formalaşdırılması, informasiya texnologiyaları üzrə könüllülərin təşəbbüslərinin dəstəklənməsi, o cümlədən asudə vaxtlarının səmərəli inkişaf etdiririlməsi üçün birgə konfranslar, simpoziumlar, sərgilər və fəaliyyət istiqamətinə uyğun olaraq digər tədbirlərin keçirilməsi gənclərin təcrübəli mütəxəssis kimi yetişməsinə bilavasitə təsir göstərəcək.