Biləsuvarda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilər əkini uğurla davam edir.
Rayonun Statistika İdarəsindən bildiriblər ki, əkinə vaxtında və mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 1618 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 40,7 hektarını dənli-paxlalı bitkilər, 845 hektarını yonca, 104,8 hektarını kartof, 462,5 hektarını tərəvəz, 165 hektarını isə şəkər çuğunduru sahəsi təşkil edir. Əkinçilər, həmçinin pambıq əkini üçün 8 min 500 hektar sahədə şum aparıb, arata qoyub. Yaxın günlərdə rayonda çiyid səpininə başlanılacaq.