IKT

08 Aprel

Masallıda mal-qaranın baş sayı artıb

Masallı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, bu ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu il 1 aprel tarixinə rayonda iribuynuzlu mal-qaranın sayı artaraq 73 min 240 başa çatıb.

Rayonda xırdabuynuzlu mal-qaranın sayı isə 627 baş artaraq 94 min 563 baş təşkil edib.