Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 23 min 419 baş eşşək var.
Fins.az xəbər verir ki, ötən bir il ərzində eşşəklərin sayı 2 min 361 baş azalıb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Son 14 ildə - 2008-2021-ci illərdə Azərbaycanda eşşəklərin sayı 2 dəfə azalaraq 47,2 mindən 23,4 min başa düşüb.
Məlumat üçün bildirək ki, Azərbaycanda ən çox eşşəyin olduğu rayon Ağstafa rayonudur - 1852 baş. Ən az eşşəyin olduğu rayon isə Xocavənd rayonudur - 1 baş.
Digər şəhər və rayonlarda isə eşşəklərin sayı aşağıdakı kimidir:
Bakı şəhəri - 3
Xızı rayonu - 89
Abşeron rayonu - 15
Qazax rayonu - 1158
Ağstafa rayonu - 1852
Tovuz rayonu - 1680
Şəmkir rayonu - 1467
Gədəbəy rayonu - 409
Daşkəsən rayonu - 261
Samux rayonu - 865
Göygöl rayonu - 236
Goranboy rayonu - 592
Naftalan şəhəri - 2
Zaqatala rayonu 11
Qax rayonu - 36
Şəki şəhəri - 620
Oğuz rayonu - 209
Qəbələ rayonu - 85
Astara rayonu - 333
Lənkəran şəhəri - 40
Lerik rayonu - 1556
Yardımlı rayonu - 652
Masallı rayonu 12
Cəlilabad rayonu - 546
Qusar rayonu - 77
Xaçmaz rayonu - 708
Quba rayonu - 971
Şabran rayonu - 154
Siyəzən rayonu - 297
Göyçay rayonu - 3
Beyləqan rayonu - 190
Ağcabədi rayonu - 144
Bərdə rayonu - 138
Neftçala rayonu - 140
Salyan rayonu - 184
Yevlax şəhəri - 66
Ağdaş rayonu - 73
Zərdab rayonu - 44
Kürdəmir rayonu - 53
Saatlı rayonu - 36
Sabirabad rayonu - 965
Hacıqabul rayonu - 374
Cəbrayıl rayonu - 11
Füzuli rayonu - 303
Ağdam rayonu - 216
Tərtər rayonu - 110
Xocavənd rayonu -1
Laçın rayonu - 79
Qobustan rayonu - 152
İsmayıllı rayonu - 228
Ağsu rayonu - 112
Şamaxı rayonu - 352
Naxçıvan şəhəri 115
Şərur rayonu - 835
Babək rayonu - 524
Ordubad rayonu - 520
Culfa rayonu - 282
Kəngərli rayonu - 461
Şahbuz rayonu - 1691
Sədərək rayonu - 81.