Türkiyədə dəniz səviyəsindən 2500 metr yüksəklikdəki mağarada toplanan qızılçətir balı dünyanın ən bahalı balı olaraq “Ginnesin Rekordlar Kitabı”na” düşüb.
“Haber Global”ın məlumatına görə, hazırda bu nadir məhsulun kiloqramı 10 min avroya satılır.
Dünyanın ən bahalı balının təkcə qiymətinə görə deyil, dad və keyfiyyətinə görə də analoji məhsullardan fərqləndiyi bildirilir. Qızılçətir balı bir qədər acıya çalan tama malik olur. Onun rəngi isə adi ballardan daha tünddür. Bahalı balı ildə cəmi bir dəfə toplamaq mümkündür.