IKT

19 Mart

Balakəndə dəyəri 16 milyon manat olan yeni zavod fəaliyyətə başlayır

Balakəndə yeni meyvə emalı zavodu inşa edilir.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycanda kənd təsərrüfatının rentabelli sahələrindən biri meyvəçilikdir.

Bu sahədə yeni texnologiyalardan istifadə etməklə meyvə istehsalının artırılması, məhsulların yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir. Mövcud istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan meyvə emalı müəssisələrinin yaradılmasıdır. Belə müəssisələrdən biri də “BalaCans” MMC-nin Balakəndə tikilən meyvə emalı zavodudur. Hazırda müəssisədə son tamamlama işləri aparılır.

İldə 1,5 milyon litr meyvə şirəsi istehsal etmək gücündə olan zavodda 80 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 16,1 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə yeddi milyon manat güzəştli kredit verilib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.