Yanvar-fevral aylarında diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 milyon ədəd yumurta və 33,6 min ton tərəvəz istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,5 faiz, tərəvəz istehsalı 6,4 faiz artıb, yumurta istehsalı isə 4,5 faiz azalıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,1 faiz, bitkiçilik məhsullarının istehsalı isə 6,2 faiz artıb.