“Gələcəkdə işğaldan azad olunan ərazilərdə tinkçilik təsərrüfatı yaradılacaq”.
Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.
O bildirib ki, ermənilər işğaldan azad olunan torpaqlardakı meyvə ağaclarını da kəsiblər:
“Tinkçilik təsərrüfatı ilə təbiətə dəymiş ziyan aradan qaldırılacaq. Bu, qısa zamanda baş tutan məsələ deyil. Zamanla bu məsələlər öz həllini tapana qədər araşdırma aparılacaq. 30 il ərzində təbiətə dəyən ziyan öyrənilib, beynəlxalq təşkilatlara təqdim olunacaq. Bütün dünyaya sübut edəcəyik ki, o torpaqların sahibi bizik”.