Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 669,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 6,2 % artaraq 29,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,1 % artaraq 639,5 milyon manat təşkil edib.