Kənd təsərrüfatında bitkiçilik məhsullarının əkininə başlanılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, cari il martın 1-nə kimi 61,8 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,5 min hektar sahədə dənlilər və dənli paxlalılar, 14,1 min hektar sahədə kartof, 10,2 min hektar sahədə tərəvəz, 28,3 min hektar sahədə çoxillik otlar və 0,7 min hektar sahədə digər bitkilər əkilib.