Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) martın 3-dən etibarən Azərbaycanın səkkiz alma və 19 pomidor istehsalı müəssisəsinə öz məhsullarını Rusiyaya ixrac etməsinə icazə verib.
TASS agentliyi bu barədə “Rosselxoznadzor”un yaydığı məlumata istinadən xəbər verib.
Qeyd olunur ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti və birgə video-yoxlamalar zamanı məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən verilib.