Kürdəmir rayonunda yazlıq kartof əkini başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, kartofçuluq Kürdəmirdə ənənəvi təsərrüfat sahəsidir. Xüsusilə Kürqırağı ərazilərdə fermerlər və fiziki şəxslər ilboyu bazarlarda yüksək tələbat olan, ailə büdcəsinə yaxşı gəlir gətirən bu sahəyə böyük maraq göstərirlər. Ötən il 895 hektardan 13 min 571 ton kartof istehsal edən torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 897 hektarda yazlıq əkin aparıblar. Hər il olduğu kimi bu il də Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Köhünlü və bir sıra digər ərazi dairələrində yazlıq kartof əkini optimal müddətdə və yüksək aqrotexniki qaydada aparılıb.