Bu ilin yanvarında quş əti də daxil olmaqla diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 milyon ədəd yumurta istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3 faiz, süd istehsalı 1,5 faiz artıb, yumurta istehsalı isə 4,6 faiz azalıb.
Yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 13,7 min baş iribuynuzlu mal-qara, 22,1 min baş qoyun və keçi mövcud olub.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 3,5 min baş iribuynuzlu mal-qara, 11,6 min baş qoyun və keçi satıblar.