IKT

23 Fevral

Bu il Salyanda əkiləcək pambıqla bağlı AÇIQLAMA

Salyanda bu il 5 min 150 hektar sahədə pambıq əkilməsi planlaşdırılıb. Bununla əlaqədar rayonda fəaliyyət göstərən 3 pambıq emalı müəssisəsi ilə 5 min 441 hektar sahədə pambıq yetişdirilməsinə dair 1059 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb, arata hazırlanıb və digər zəruri tədbirlər həyata keçirilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, pambıqçılar gələcək bol məhsulun əsasını bu dövrdən qoyulduğunu bildirdikləri üçün işin keyfiyyətlə aparılmasına xüsusi diqqət yetirirlər, bütün aqrotexniki tədbirləri mərhələlərlə həyata keçirirlər.

Qeyd edək ki, ötən il rayonda 5 min 10 hektar sahədə pambıq əkilmiş və 20 min 426 ton məhsul yığılmışdır. Pambıq sahələrinin hər hektarının məhsuldarlığı 40.8 sentnerə çatıb ki, bu pambıq əkini ilə məşğul olan rayonlar arasında ən yüksək göstəricidir.