IKT

23 Fevral

Balakəndə aqropark hazırlanır

Bu il Balakən rayonunun təsərrüfatlarında 300 hektarda tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər cari təsərrüfat ilində 270 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər.

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün sadə istixanaların hazırlanması davam edir. Tütün istehsalçıları tərəfindən indiyədək “Virciniya botaniki” növlü tütün şitillərinin yetişdirilməsi üçün 350, “İmmuniy” növlü tütün şitilləri üçün 38 sadə istixana yaradılıb. Bundan əlavə, tütün əkini zamanı fermerlər “Azərtütün ASK” MMC-yə məxsus emal məntəqələrinin istixana təsərrüfatlarında yetişdirilmiş tütün şitilləri ilə də təmin olunacaqlar. Tütün şitilləri martın axırı, aprelin əvvəllərində sahələrə köçürüləcək.