IKT

23 Fevral

Brusellyoz xəstəliyinə qarşı seroloji monitorinqin keçirilməsinə başlanılıb

Respublika ərazisində brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədi İlə monitorinqlərə başlanılıb.

Monitorinq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və regional sınaq laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilir.

Təsərrüfatlarda saxlanılan südlük iribuynuzlu heyvanlar və törədici buğalar arasında monitorinqlər 46 rayonda (şəhərdə) ümumilikdə 427 fermer və ailə təsərrüfatlarını əhatə edəcək. Toplanılan diaqnostik nümunələrin müasir üsullarla müayinəsi aparılacaq.

Eyni zamanda seroloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.