IKT

20 phrase_var_core.february

Azərbaycan buğda idxalını 53 %-dən çox azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 5,9 mln ABŞ dolları dəyərində 23,203 min ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,05 milyon ABŞ dolları (46,1 %) və 26,7 min ton (53,5 %) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 0,75 %-ni təşkil edib.