Bu ilin yanvar ayında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 mln. ədəd yumurta istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,5% artıb, yumurta istehsalı isə 4,6% azalıb.
2021-ci il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 13,7 min baş iribuynuzlu mal-qara, 22,1 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 3,5 min baş iribuynuzlu mal-qara, 11,6 min baş qoyun və keçi satıblar.