IKT

16 Fevral

Daha bir sahibkarlıq subyekti qeydə alınmadı

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 15 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 54 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

AQTA-dan verilən məlumata görə, həmin tarixdə 1 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Balabəy Şıxaliyev Ağabəy

Emal

Sahibkar fəaliyyət göstərmir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.