1. Nasal (burun) boşluğundakı amniotik sular aspirə (geri çəkilir) edilir.
2. Göbək kordonu kəsilir, yodlu məhlullarla dezenfektə edilir ve ehtiyac olarsa göbək kordonu bağlanır.
3. Buzovun ilk 2 saat içərisində bədən ağırlığının 5%-i qədər kolostrum qəbul etməsi həyata keçirilir.
4. Mümkün olduğu təqdirdə yeni dogan buzova 3-cü laktasiyada olan heyvanın ağız südü verilməlidir.
5. 3 saat içərisində mekanyumu (ilk peyinini) atmazsa atresia ani rekti(düz bağırsağın bağlı olması) və ya coli yönündən müayinə edilir.
6. Ən azı bir gün buzovun anasının yanında olması təmin edilməlidi. Ananın balasını görməsi, qoxlaması, yalaması ilə Postorier Hipofizdəki Hipotalamus Paraventrikuler hüceyrələrindən oksitosin istehsal olunması stimulyasiya olunur. Buda uterus (balalığın) kontraksiyonlarını (hərəkətliliyini) artırır və dolayısı ilə bala zərləri (ətənənin) atılması ilə bərabər uterusun (balalığın) daha qısa zamanda involusyonunu (yığılmasını) təmin edər.
7. İsti havalarda 30°C-ni keçən şəraitdə ventilyasiya sistemləri ilə buzovlar sərinlədilməlidir. Çünki dərialtını təşkil edən 1,5% yağ toxuması tükənir, bu da 12-18 saat içərisində hipotermik-hipoglisemik şoka salır.
8. Yeni doğulan buzovlarda passiv immun sistemini oyatmaq üçün Levomizol 2 cc dərialtına tətbiq edilir. Bununla da yanaşı kolostruma (ağız südünə) 1cc miqdarında ADE vitamini əlavə olunur.