IKT

11 Fevral

Heyvandarlara 119,5 min manat subsidiya verilib

Heyvandarlıq Kürdəmir rayonunda aqrar sektorun aparıcı sahələrindəndir və son illər sahibkarlar mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, bu işlə 5 nəfər mütəxəssis məşğul olur. Təkcə ötən il 2849 baş inək və düyə süni yolla mayalandırılıb, 1734 baş cins buzov alınıb. Rayonda hazırda 59 min 129 baş iribuynuzlu mal-qara vardır ki, son 5 ildə süni mayalandırma ilə onun tərkibi 30 faizdən çox cins, daha məhsuldar heyvanlarla dəyişdirilib. Süni mayalandırma ilə alınan cinsi yaxşılaşdırılmış heyvanlar əsasən “Holşteyn-friz”, “Simmental” ,“Şarole”, “Şvis” cinslərindəndir.

Qeyd edək ki, sahibkarlar süni mayalandırıma ilə doğulan hər baş buzova görə dövlət tərəfindən verilən subsidiyanın alınmasında da maraqlıdılar. Təkcə ötən il doğulan hər buzova görə mal-qara sahiblərinə hələlik 119,5 min manat subsidiya verilib.