Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Yevlax rayonunun Malbinəsi kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə olunub.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi, birləpəli və ikiləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” və “Sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması. Arata torpağın hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, dondurma şumunun altına mineral gübrələrin verilməsi və səpinin aparılması” mövzularında təsərrüfat sahibləri ilə söhbətlər aparıblar.
Tarla görüşündə müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.