Rəsmi olaraq 10 dekabr 1991-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan tərkibindən çıxaraq qondarma “DQR” elan etməsi və ərazini Ermənistana birləşdirmək cəhdi ilə başlamış müharibə 10 dekabr 2020-ci ildə Bakıda keçirilmiş Zəfər paradı ilə başa çatdı, Azərbaycan qalib gəldi.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyevlə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bölgənin kənd təsərrüfatı potensialının dirçəldilməsi haqda danışmışıq. Müzakirə edilmiş mövzular:
- İşğaldan azad edilmiş torpaqların melorativ, aqrokimyəvi vəziyyəti;
- Su mənbələrinin bərpası, itmiş Qarabağ kəhrizlərinin tədqiqi;
- Minalardan təmizlənəcək torpaqların elmi tətqiqatının aparılması;
- Qarabağa qayıdacaq əhalinin məşğulluğunun təmin olunması üçün torpaq islahatının düzgün aparılması;
- İşğaldan azad edilmiş ərazilərdə torpaqların düzgün bölgüsü.