IKT

05 Fevral

Azərbaycanda aqrar sahədə çalışan qadınlara dəstək olunacaq

“Azərbaycanda aqrar sahədə çalışan qadınların 56 %-ini qadınlar təşkil edir. Lakin rəsmi qaydada bu sahədə çalışanların yalnız 21 %-i qadınlardır”.

Bunu “Aqrar sahədə qadınların rolu” layihəsinin açılış mərasimində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, qadınlar gender bərabərsizliyi, qeyri-rəsmi əməyə cəlb edilməsi, sosial xidmətlərə zəif əlçatanlığı ilə bir sıra problemlərlə üzləşirlər: “Qadınlar maliyyə əlçatanlığının zəif olması onların uğurlu biznes strategiyalarına qoşulmasının qarşısını alır. Qadınlar dünya əhalisinin demək olar ki, yarısını təşkil edir. Onların iqtisadi potensiallarından tam istifadə olunmazsa dünyanın itkisi çox olacaq. Qadınların səlahiyyətləndirilməsi ailənin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.

M.Çakmak bildirib ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi sosial ədalət və bərabərliyi təmin edəcək: “Bütün qadınlar sahibkarların 32 %-ni kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıqla məşğul olduğunu nəzərə alsaq kənd yerlərində yaşayan qadınların imkanlarının genişləndirilməsi üçün böyük potensial var. FAO olaraq aqrar sahədə fəaliyyət göstərən qadınların kənd təsərrüfatına dair məlumatlara, bilgiyə, kreditə, emal vasitələrinə və bazara çıxış imkanlarına dəstək verəcəyik. Biz kənd təsərrüfatı sahəsində qadın və kişilərə bərabər imkanların yaradılması üçün müəyyən tövsiyyələr hazırlayacağıq”.

Xatırladaq ki, “Aqrar sahədə qadınların rolu” layihəsi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələşdirilir.