AQTA aqrokimyəvi maddələr və pestisidlərin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki və bitkiçilik məhsulları, eləcə də aqrokimyəvi maddələr və pestisidlərin ölkə ərazisinə idxalı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, AQTA yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir. Ona görə də nəzərə alınmalıdır ki, qeydiyyatdan keçməmiş aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalı qadağandır, buna cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcəkdir.
Qeyd olunur ki, sahibkarlar qeydiyyatdan keçmiş pestisid və aqrokimyəvi maddələrin siyahısını Agentliyin rəsmi saytına (afsa.gov.az) daxil olmaqla və ya 1003 - Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərlər.