IKT

28 Yanvar

Ötən il bu rayondan 1211 ton “ağ qızıl” yığılıb

Cəlilabad rayonunda ənənəvi təsərrüfat sahələrindən biri də pambıqçılıqdır. Ötən əsrin 70-ci illərində rayonda taxılçılıqla yanaşı, pambıqçılıqda da yüksək nəticələr əldə olunub. Sonralar üzümçülüyün perspektivli olduğu nəzərə alınaraq rayonda pambıqçılıq ləğv edilib.

Ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi nəticəsində Cəlilabad rayonunda ənənəvi təsərrüfat sahələri, o cümlədən pambıqçılıq yenidən dirçəlməyə başlayıb.

Cəlilabadda pambıqçılıq Sabirabad, Təzəkənd, Uzuntəpə və Günəşli kəndlərində inkişaf etdirilir.

Ötən il rayonda 497 hektarda pambıq əkini aparılıb. Pambıq tarlalarından 1211 ton “ağ qızıl” yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 24,3 sentner təşkil edib.