IKT

26 Yanvar

Bu rayonda ət, süd, yumurta və yun istehsalı artıb

2020-ci ildə Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, ötən il rayonda 9 min 452,8 ton diri çəkidə ət, 43 min 699,3 ton süd, 23 milyon 38 min ədəd yumurta, 301 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 40,7 ton, süd istehsalı 41,8 ton, yumurta istehsalı 251 min ədəd, yun istehsalı isə 1,2 ton artıb.

Bu barədə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 9 min 419 tonu, südün isə 43 min 676,8 tonu əhali və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə ötən il 33,8 ton ət, 22,5 ton süd istehsal olunub.

2021-ci il yanvarın 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 60 min 322 baş iribuynuzlu mal-qara, o cümlədən 29 min 376 baş inək və camış, 137 min 167 baş qoyun və keçi olub.