IKT

25 Yanvar

Gürcüstan Azərbaycandan fındıq idxalını 6 dəfədən çox azaldıb

2020-ci ildə Gürcüstan Azərbaycandan 343,12 min ABŞ dolları dəyərində 55 ton fındıq idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, Azərbaycandan qonşu ölkəyə fındıq ixracı ötən ilin yalnız mart, may və noyabr aylarında həyata keçirilib.

İllik müqayisədə məhsulun həcmində 300,04 ton və yaxud 6,4 dəfə azalma qeydə alınıb.