IKT

18 Yanvar

Bu rayonda arı ailələrinin sayı artıb

Son illər ölkəmizdə aqrar bölmənin digər sahələri kimi, arıçılığın inkişafına da diqqət artırılıb. Dövlət tərəfindən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya verilməsi dağlıq ərazidə yerləşən Yardımlı rayonunda məhsul istehsalçılarının bu sahəyə marağını daha da artırıb.

Yardımlı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, rayonda 7023 işçi arı ailəsi qeydə alınıb. Bunun 345-i kənd təsərrüfatı yönümlü müəssisələrin, 6678-i isə əhali təsərrüfatlarının payına düşür. Arı ailələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 756 ailə artıb.

Ötən il arıçılara 62 min 600 manat subsidiya verilib, bu sahə üzrə məşğul olan mülkiyyətçilərin informasiyalarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsi təmin edilib.