Bakı, 13 yanvar Fins.az
Biləsuvarda taxılçılıq aparıcı təsərrüfat sahələrindəndir. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, taxılçılar ötən il zəmilərdən 82 min 138 ton məhsul götürüblər. Cari ilin məhsulu üçün də möhkəm təməl yaradılıb. Payızlıq taxıl səpininə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 33 min 616 hektar sahədə səpin aparaq payızlıq əkini başa çatdırıblar. Bu da nəzərdə tutulduğundan 1616 hektar çoxdur. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər. Səpin aparılan sahələrdə normal bitiş alınıb.