Bakı, 13 yanvar Fins.az
Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.
Rayon statistika idarəsindən bildiriblər ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 15 baş iribuynuzlu mal-qara, 114 min 467 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 7 min 64,5 ton ət (diri çəkidə), 41 min 876,6 ton süd, 209,5 ton yun, 14 milyon 187 min ədəd yumurta istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 13,1 ton, süddən 6 ton, yundan 15 ton, yumurtadan isə 81 min ədəd çoxdur.