IKT

13 Yanvar

Bu taxılçıları 12 min 704,8 hektar sahədə səpin aparıblar

Bakı, 13 yanvar Fins.az

Keçən il taxıl zəmilərindən bol məhsul götürən Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 2021-ci ilin məhsulu üçün səpini başa çatdırıblar.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayon üzrə 12 min 704,8 hektar sahədə taxıl səpini həyata keçirilib. Payızlıq səpinin 10 min 675,1 hektarı buğda, 2029,7 hektarı arpadır. Bundan başqa, 2021-ci ilin məhsulu üçün 550 hektarda soğan, 1704 hektarda təzə yonca əkilib.

Qeyd edək ki, Beyləqan taxılçıları ötən il 12 min 989 hektar taxıl sahəsindən 46 min 112,7 ton məhsul əldə ediblər. Məhsulun 40 min 521 tonu buğda, 5591,7 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 35,5 sentner, o cümlədən buğda sahələrində 36,5 sentner, arpa sahələrində isə 30,7 sentnerdir.