IKT

08 Yanvar

Bu rayon pambıqçıları 37 min 904,53 ton məhsul toplayıblar

Bakı, 08 yanvar Fins.az

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə indiyədək tarlalardan 37 min 904,53 ton “ağ qızıl” toplanıb.

2020-ci ildə Ağcabədi rayonunda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədili "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil ediblər. Hər hektarın məhsuldarlığı 35,46 sentnerdir. Əvvəlki illə müqayisədə pambıq istehsalı 5805,53 ton, hektarın orta məhsuldarlığı isə 4,76 sentner çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.