Bakı, 07 yanvar Fins.az
Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən rayonda heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.
Rayon statistika idarəsindən bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 247 baş iribuynuzlu mal-qara, 135 min 477 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 19 min 477 baş təşkil edir.
Ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 7 min 517 ton ət (diri çəkidə), 27 min 202 ton süd, 300 ton yun və 17 milyon 424 min ədəd yumurta istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 739 ton, süddən 37 ton, yumurtadan isə 894 min ədəd çoxdur.