Bu ilin yanvar-noyabr aylarında muxtar respublikada 458 milyon 7 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən A bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 24 min 202 ton, süd istehsalı 83 min 67 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı isə 1,5 faiz artıb.