IKT

25 Dekabr

On bir ayda 8672,7 ton ət istehsal olunub

Kürdəmir rayonunun heyvandarları cari ilin on bir ayını uğurlu göstəricilərlə başa vurublar. Belə ki, əsas sahələr üzrə məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, on bir ayda diri çəkidə 8672,7 ton ət istehsal edilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 207,4 ton çoxdur. On bir ayda süd istehsalı 286,8 ton artıb və 41846,5 tona çatıb. Yumurta istehsalı isə 834 min ədəd çoxalaraq 27 milyon 635 min ədəd olub. Rayonda 28,5 ton yun istehsal edilib və bu göstərici ötənilki səviyyədədir.