IKT

24 Dekabr

Azərbaycanda 2021-2024-cü illərdə meyvə-tərəvəz istehsalı artacaq - PROQNOZ

Bakı 24 dekabr Fins.az

Gələn ilin sonunadək Azərbaycanda tərəvəz istehsalının həcmi 1 847,5 min ton təşkil edəcəyi proqnozlaşdırır.

Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Proqnozlara görə, 2024-cü tərəvəz istehsalının artım dinamikası belə olacaq: 2022-ci ildə 1,5% (1 876,3 min ton), 2023-cü ildə 1,4% (1 904,1 min ton), 2024-cü ildə isə 0,8% (1 919 min tonadək).

Yaxın 4 ildə həmçinin, ölkədə meyvə və giləmeyvə istehsalının da artımı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə 1 276,6 min ton, 2022-ci ildə – 1 355 min ton, 2023-cü ildə – 1 453,1 min ton, 2024-cü ildə isə 1 575,5 min ton meyvə və giləmeyvə istehsal ediləcəyi gözlənilir.

© APA