IKT

24 Dekabr

Bu rayonda 9 min hektardan çox sahəyə payızlıq taxıl əkilib

Bakı 24 dekabr Fins.az

Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, növbəti təsərrüfat ilində taxılçılıq sahəsində yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 28 min hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları fermerlərin ixtiyarına verilib. Məhsul istehsalçıları yaradılan şəraitdən bəhrələnərək indiyədək 23 min 054 hektar sahədə səpin aparıblar ki, bunun da 6 min 597 hektarını arpa, 16 min 457 hektarını isə buğda sahələri təşkil edib. İşin yaxşı təşkili nəticəsində əkinçilər hər gün 150-200 hektar sahəyə toxum səpirlər.

Qeyd edək ki, bu il Hacıqabulda 28 min hektar sahədə payızlıq taxıl əkini aparılması planlaşdırılıb.