Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, dekabr ayının 1-nə kimi tarlalardan 1 milyon 15 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çox kartof, 1 milyon 677,9 min ton (2,5 faiz çox) tərəvəz, 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları, 1 milyon 121,5 min ton (4,2 faiz çox) meyvə və giləmeyvə, 201,5 min ton (3,8 faiz çox) üzüm, 931,3 ton (2,2 faiz çox) yaşıl çay yarpağı, 328,2 min ton (12,2 faiz çox) pambıq, 24,7 min ton (28,4 faiz az) günəbaxan, 242,7 min ton (2,7 faiz çox) şəkər çuğunduru və 6,5 min ton (9,4 faiz çox) tütün yığılıb.
Bundan əlavə, qarğıdalı da daxil olmaqla 3 milyon 221,9 min ton və ya keçən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz az dənli və dənli paxlalı bitkiçilik məhsulları toplanıb.