Ucarda pambıq yığımı başa çatıb, tarlalardan 494,2 ton “ağ qızıl” toplanıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ildə 200 hektarda məhsul yetişdirilmişdi. Builki hava şəraitinin pambıqçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq, əkinçilər bol məhsul yetişdirməyə nail olublar. Belə ki, hər hektardan məhsuldarlıq 24,7 sentner olub və bu göstərici ötən illə müqayisədə 5,4 sentner çoxdur. Şahlıq, Xələc, Yuxarı Şilyan ərazi dairələrində daha yüksək məhsuldarlığa nail olunub.
Məhsul yığımında 3 pambıqyığan maşının qüvvəsindən istifadə olunub. Pambığın 80 faizdən çoxu məhz texnikanın köməyi ilə toplanıb. Əl ilə yığımda 200 nəfərədək işçi qüvvəsi çalışıb.
Yığılan məhsul “ Ucar Paqro” MMC-nin pambıq emalı kompleksinə verilib.