IKT

15 Dekabr

Bu rayonda bağlardan 4 min tondan çox meyvə yığılıb

Bakı 15 dekabr Fins.az

İlin ötən ayları ərzində salyanlı bağbanlar becərdikləri 894.2 hektar meyvə bağından 4 min tondan çox məhsul tədarük ediblər.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, cari ilin on bir ayında bağbanlar becərdikləri meyvə bağlarından 4 min 957 ton meyvə tədarük ediblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Yığılan məhsulun 72 tonunu alma, 43.1 tonunu armud, 23.4 tonunu ərik, 54 tonunu gavalı, 80.6 tonunu alça, 48.6 tonunu şaftalı, 18.9 tonunu gilas, 19.4 tonunu əzgil, 456 tonunu heyva, 67.2 tonunu albalı, 3 min 291.4 tonunu nar, 550 tonunu xurma, 0.6 tonunu fındıq, 30.8 tonunu isə sair meyvə təşkil edib. Həmçinin, məhsul istehsalçıları 173.5 ton giləmeyvə də toplayıblar. Tədarük olunan meyvənin demək olar ki, yarıdan çoxu Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları toplayıblar.