Ağsu rayonunda payızlıq taxıl əkini başa çatıb və gələn ilin məhsulu üçün 26 min 897 hektar sahədə səpin aparılıb.
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, cari mövsümdə əkin sahələri ötən ildəkinə nisbətən 774 hektar artıb. Səpin aparılan sahələrin 14 min 32 hektarı buğda, 12 min 865 hektar arpadır. Rayonda iri taxılçılıq təsərrüfatı olan “Süsən aqro” MMC-də, habelə Gəgəli, Kəndoba, Qaraqoyunlu, Padar və bir sıra digər ərazi dairələrində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb.
Qeyd edək ki, əkində yerli şərait üçün əlverişli olan “Aran”, “Qobustan”, “Murov-2” buğda, “Cəlilabad-19”, “Qarabağ-22”, “Dəyanətli” arpa sortlarından istifadə olunub. Artıq sahələrin 90 faizində normal çıxış alınıb.