IKT

13 Dekabr

Bu rayonda cari ilin 11 ayında 90 min tona yaxın süd istehsal olunub

Bakı 13 dekabr Fins.az

Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon statistika idarəsindən bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 122 min 828 baş mal-qara və 232 min 688 baş qoyun-keçi bəslənilir.

Cari ilin on bir ayındə rayonda 13 min 796 ton ət (diri çəkidə), 89 min 962 ton süd, 74 milyon 982 min ədəd yumurta və 596 ton yun istehsal olunub. Bu da ötən ilin on bir ayı ərzində istehsal olunan ətdən 741 ton, süddən 4 min 433 ton , yumurtadan 16 milyon 302 min ədəd, yundan isə 31 ton çoxdur.