Bakı 12 dekabr Fins.az
Ağdam rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir və bu günədək qəbul məntəqələrinə 6963,79 ton məhsul təhvil verilib.
2020-ci ildə rayonda 500 hektarı “Azərpambıq” MMC, 970 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 650 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 2120 hektar sahədə pambıq becərilib.
Fermerlər mühüm strateji məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. Tarlalardan hər gün 10 tondan çox məhsul toplanır.