IKT

10 Dekabr

Bu rayonda heyvandarlıq məhsullarının istehsalı artıb

Bakı, 10 dekabr Fins.az

Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparacı sahələrindən biridir. Rayonda həmin sahənin inkişafına xüsusi diqqət yetirildiyindən hevanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.

Rayon statistika idarəsindən bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 369 baş iribuynuzlu mal-qara, 135 min 878 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 19 min 400 başdır.

Cari ilin 11 ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 6797 ton ət (diri çəkidə), 25 min 38 ton süd, 300 ton yun və 15 milyon 878 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il eyni dövründə istehsal edilən ətdən 739 ton, süddən 30 ton, yumurtadan isə 813 min ədəd çoxdur.