Bakı, 10 dekabr Fins.az
Dekabrın 11-də Rusiya və Azərbaycan mütəxəssisləri dekabrın 10-dan Rusiya tərəfinin pomidor və alma tədarükünə tətbiq etdiyi qadağa ilə əlaqədar vəziyyətə dair danışıqlar keçirəcəklər.
Məlumata görə, bu təklif çərşənbə günü “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə AQTA-nın rəhbəri Qoşqar Təhməzli ilə danışıqlar zamanı səslənib.
“Tərəflər Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının tədarükü zamanı regionlaşma prinsipinin tətbiqi imkanı üzərində işləyirlər”, - “Rosselxoznadzor” dəqiqləşdirir.