IKT

08 Dekabr

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilib

Bakı, 08 dekabr Fins.az

Nazirlər Kabinetinin Qərarlarına “Aqroservis” ASC ilə bağlı dəyişikliklər edilib.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Həmin Fərmana əsasən, cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarını, lizinq yolu ilə satılması istisna olmaqla, kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edən, aqrotexniki xidmətlər göstərən və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsdir.

Qeyd ediləni nəzərə alaraq Nazirlər Kabinetinin Qərarlarına müvafiq dəyişikliklər edilib.